İyulun üçüncü ongünlüyündə havanın orta temperaturu

Respublikanın əksər bölgələrində iyul ayının üçüncü ongünlüyü havanın orta temperaturunun çoxillik iqlim normasından 1-3º yüksək olması və yağıntılı hava şəraiti ilə səciyyələnib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, havanın dekadalıq orta temperaturu paytaxt üzrə Maştağada 25.8º, Naxçıvanda 29.4º, Mil-Muğan, Mərkəzi Aran və Qarabağ bölgələrində 27-28º, Lənkəran-Astarada 22-27º, Gəncə-Goranboyda 26-28º, Dağlıq Şirvan bölgəsində və Qubada 21-22º, Şəki-Zaqatalada 25-31º, Qazax-Tovuzda 19-28º təşkil edib.

Havanın minimum temperaturu Gədəbəy 11º, Qazaxda 13º, Lənkəranda 15º, Quba, Zaqatala, Şəki və Şamaxıda 16º, Ceyrançöl, Tovuz, Gəncədə 18º, Maştağa və Naxçıvanda 19º, Zərdab, Cəfərxan və Bərdədə 20º, Acınohurda 23º qeydə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR