"Qarabağ" Macarıstan klubu ilə heç-heçə etdi

"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

Metbuat.az xəbər verir ki, "köhlən atlar" III təsnifat mərhələsinin ilk matçında Macarıstanın "Ferentsvaroş" klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan və isveçli FIFA referisi Andreas Ekberqin idarə etdiyi görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Komandalar arasında cavab qarşılaşması avqustun 9-da Budapeştdə keçiriləcək.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Şerif" (Moldova) - "Viktoriya" (Plzen, Çexiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında Moldovanın paytaxtl Kişineuda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar. "Qarabağ" - "Ferentsvaroş" cütündə uduzan komanda isə UEFA Avropa Liqasının pley-offunda "Şemrok Rovers" (İrlandiya) – "Şkupi" (Şimali Makedoniya) cütünün məğlubu ilə görüşəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR