Londondakı səfirliyimizdə bayrağımız yenidən bərpa edilib -

Londondakı səfirliyimizdə bayrağımız yenidən bərpa edilib.

Metbuata.az xəbər verir ki, bayrağın səfirliyə sancılması anı videogörüntülərdə əksini tapıb.

Qeyd edək ki, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Radikal qruplaşmanın üzvləri səfirlik binasını ələ keçirərək bayrağımızı bunanın qarşısından söküblər.

Səfirliyə hücum edən dini qruplaşma üzvləri qısa müddətdə saxlanılıb. Azərbaycan bayrağı yenidən binanın qarşısına sancılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR