Çin ordusu Tayvan ərazisinə daxil olub:

Çinə məxsus təyyarələr və gəmilər təlimlər zamanı dəfələrlə Tayvan ərazisinə daxil olub.

Metbuat.az xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyindən açıqlama verilib. Məlumata görə, təlimləri izləmək üçün Tayvan da əraziyə gəmilər göndərib. Ordu döyüş vəziyyətinə gətirilib.

Qeyd edək ki, Çin ordusu Tayvan ətrafında təlimlər keçir. Təlimlər zamanı döyüş mərmilərindən istifadə edilir. Təlimlərin əraziləri elə seçilib ki, Tayvan tamamilə mühasirədə qalıb. ABŞ-ın Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri ABŞ və Çin arasında gərginlik yaradıb. ABŞ, İndoneziya, Avstraliya və Sinqapur orduları isə Çinə cavab olaraq Sumatra adasında təlimlər keçir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR