Türkiyə Rusiyaya qaz ödənişlərini rublla edəcək

Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə danışıqlar zamanı qaz tədarükünə görə rublla ödənişlərə keçməyə başlamaq barədə razılığa gəldiyini bildirib.

Metbuat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə lideri bu barədə Soçidən qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

“Biz Putinlə (təbii qaz ticarəti üzrə) rublla ödənişlərə razılaşdıq. Ümid edirik ki, bu, hər iki ölkəyə faydası olacaq”, - Rəcəb Tayyib Ərdoğan bildirib.

O əlavə edib ki, Türkiyənin beş bankı ödənişlər üçün Rusiyanın “Mir” sistemindən istifadə etmək istiqamətində işləri davam etdirir: "Burada da ciddi irəliləyişlər var. Bu, təbii ki, Rusiyadan gələn turistlər üçün çox rahat prosesdir. Onlarla alış-veriş və otel ödənişlərini edə bilərlər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR