Ağır yol qəzası baş verdi: Xəsarət alanlar var -

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az-ın yerli bürosunun xəbərinə görə, 1992-ci il təvəllüdlü Süleymanlı Fəhmin Şahin oğlu “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib.

Bu zaman maşın yoldan çıxaraq mal-qara fermasının hasarına çırpılıb.

Hadisə zamanı sürücü Fəhmin Süleymanlı və sərnişinlər - 1956-cı il təvəllüdlü Behbudova Südabə Nəsrəddin qızı, 1980-ci il təvəllüdlü Nuriyev Famil Rafiq oğlu xəsarət alıb.

Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR