"Qarabağ"ın oyunçularından möhtəşəm nəticə:

Bu mövsüm Çempionlar Liqasının ən çox qol vuran oyunçuları arasında "Qarabağ"ın iki oyunçusu ilk üçlükdə yer alıb.

Metbuat.az xəbər verir ki, "köhlən atlar"ın braziliyalı oyunçusu Kadi Borges oynadığı 5 oyunda 4 qol vuraraq siyahıda ikinci yerdə qərarlaşıb. Həmçinin Borges ÇL-də 3 assistə imza atıb. Bununla da assist siyahısında Kadi liderdir.

Seneqallı oyunçu İbrahima Vadji isə qol siyahısında 3-cü yerdədir. Belə ki, o, Çempionlar Liqasında çıxış etdiyi 6 oyunda 4 qol vurub.

Qeyd edək ki, "Bodo Qlimt"in (Norveç) oyunçusu Viktor Boniface 4 oyunda 5 qola imza ataraq siyahıda liderdir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR