Zabuxdakı ermənilərə XƏBƏRDARLIQ:

Xəbər verdiymiz kimi, Laçının Zabux kəndində məskunlaşan qanunsuz ermənilərin təxliyə işləri avqustun 25-dək tamamlanmalıdır.

Metbuat.az "Hraparak" nəşrinə istinadən verdiyi xəbərə görə, kənddə 200-dən çox sakini var. Qondarma "Aqavno" icmasının "rəhbəri" Andranik Çavuşyan bildirib ki, sakinlər hələ də kəndləri boşaltmayıblar:

"Hazırda sakinlərə heç nə verilməyib. Yalnız məktəbi boşaltmaq üçün maşın verilib. Zabuxda yaşayan 54 ailədən 7-si buradan çıxmaq istəmir. Qalanları müxtəlif istiqamətlərdə Ermənistana köçəcək".

Çavuşyan qeyd edib ki, evləri yandırmaq istəyənlərə xəbərdarlıq edilib. Bildirilib ki, evləri yandıranlara kompensasiya verilməyəcək:

“Dövlət hər adam üçün 40 min dram təzminat ödəməyə hazırlaşır. Həmin pul köç prosesi bitdikdən sonra veriləcək. İrəvana köçənlərə şəhadətnamə verilməlidir ki, vəsait alınsın. Mən özüm Xankəndiyə gedəcəyəm. Hayk Xanumyan bizi hədələyərək dedi ki, evləri yandırsanız, təzminat ala bilməyəcəksiniz. İndi biz sakinlərlə köçməyə hazırlaşırıq”,- qondarma icra rəhbəri qeyd edib.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR