"10 noyabr Birgə Bəyannamənin 4-cü bəndində hərhansı bir ziddiyyət yoxdur. Ermənistanın bu bəndi manipulyasiya etməsi, istədiyi şəkildə izah etməsi, yalnız qarşıdurmanı tətikləyir".
Bu fikirləri Metbuat.az-a politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert hesab edir ki, əgər Ermənistan tərəfi, həm də Azərbaycan və digər dövlətlər "Dağlıq Qarabağı" tanımırsa, Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, demək hər hansı bir "müdafiə ordusudan" söhbət belə getməz.
"Ermənistan növbəti dəfə Qarabağda öz silahlı birləşmələrinin "Qisas" əməliyyatından sonra çıxarılmasına söz verdi. Sentyabr ayına kimi proses tam yekunlaşmalıdır. Amma, rəsmi Yerevan Qarabağda " Artsaxın müdafiə ordusunun" qalacağını bunun isə Ermənistana aidiyyatının olmamasını bəyan edir. Rəsmi Yerevan 10 noyabr Birgə Bəyannamənin 4-cü bəndini Ermənistan silahlı qüvvələrinə aidiyyatinin olmadığını vurğulayır. Qeyd edim ki, 10 noyabr Birgə Bəyannamənin 4-cü bəndinə əsasən, silahlı erməni birləşmələri Azərbaycan ərazisindən tam çıxarılmalıdır. Bu bəyannamədə "Dağlıq Qarabağ" və "müdafiə ordusu" bəndi yoxdur. Dağlıq Qarabağ subyekti yoxdur və onun silahlı birləşmələri də ola bilməz. Əgər, Qarabağda sülhməramlı qüvvələrinin fəaliyyət ərazisində qanunsuz silahli erməni birləşmələri qalacaqsa, Azərbaycan anti-terror əməliyyatı keçirməsi zəruridir".
Politoloq deyir ki, bu ilin axırına kimi, Qarabağda qanunsuz silahlı erməni birləşmələrinin fəaliyyətinə son qoyulacaq.
"10 noyabr Birgə Bəyannamənin 4-cü bəndində "müdafiə ordusunun" qalması təsbit edilməyib. Həmin bənddə qeyd edilir ki, tərəflər mövqe tutuqları ərazidə qalmalıdır. Bu bəndi isə, silahlı qüvvələrə aid deyil".