Britaniya əfqan qaçqınlarına hər gün 1.2 milyon dollar xərcləyir

Böyük Britaniya Əfqanıstandan olan qaçqınların ölkə hotellərində yerləşdirilməsinə hər gün bir milyon funt-sterlinq təqribən 1,2 milyon dollar xərcləyir.

Metbuat.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” məlumat yayıb. Nəşr yazır ki, yeddi min əfqanıstanlı qaçqına daimi yaşayış yeri verilməklə bərabər təqminən on min nəfərə isə ölkənin müxtəlif regionlarında yerləşən hotellərə yerləşdirilib. Amma bəzi qaçqınların şikayət və narahatlıqları da var. Onlardan kimisi dil baryerindən şikayətlənir kimisi də soyuq iqlimin sürdüyü Uels kimi regionlarda yaşamaq istəmədiklərini bildirirlər.

Məlumat üçün qeyd edək ki, Əfqanıstanda hakimiyyətə “Taliban” höküməti gəldikdən sonra minlərlə əfqanıstanlı ölkəni tərk etməyə başladı. Britaniyanın paytaxtı Londona isə 15minə yaxın əfqanıstanlı gəlib.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR