Ərdoğan və Bayden görüşə bilər

Sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında görüş ola bilər.

Metbuat.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, iki liderlərin Vaşinqtonun Ankaraya F-16 qırıcı təyyarələri satması sahəsində yaranan problemləri müzakirə edəcəyi gözlənilir.

Qəzet yazır ki, Türkiyə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ilə həll edərək F-16-ların satışına icazə verəcək sazişin tez bir zamanda ABŞ Konqresində müzakirəyə çıxarılmasına çalışır.

Qeyd edək ki, iyunda keçirilmiş NATO sammiti çərçivəsində R.T.Ərdoğan və C.Baydena arasında görüş olub. Danışıqlar zamanı ABŞ liderinin həmkarına F-16 ilə bağlı sazişin Konqresdən keçməsi üçün müəyyən səylər göstərəcəyinə söz verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR