Böyük Britaniyanı təmsil edən Azərbaycan əsilli idman gimnastı Cesika Qədirova ardıcıl ikinci dəfə Avropa çempionu olub.
Metbuat.az xəbər verir ki, 17 yaşlı idman gimnastı Almaniyanın Münxen şəhərində keçirilən Avropa çempionatında döşəmə üzərində sərbəst hərəkətlərə görə 14.000 nəticə ilə qızıl medal qazanıb.
Həmçinin Cesikanın əkiz bacısı Cenifer Qədirova 13.466 nəticə ilə 5-ci olub.
Qeyd edək ki, Cesika Qədirova ötən il İsveçrənin Bazel şəhərində keçirilmiş Avropa çempionatında da döşəmə üzərində hərəkətlərdə qızıl medal qazanıb.
Xatırladaq ki, CesikaQədirova və onun əkiz bacısı Cenifer İrlandiyanın Dublin şəhərində anadan olublar. Onların atası Natiq Qədirov və anası azərbaycanlıdır. Qədirova İrlandiyada anadan olub, valideynləri isə bir neçə ay orada çalışıblar. Nəticədə, o, həm İrlandiya, həm də Britaniya vətəndaşlığına malikdir.
