Azərbaycan boksçusu Avropa çempionatında yarımfinala yüksəlib

Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyi davam edir.

Metbuat.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan yığmasının üzvü Banuçiçək Nəsirli 1/4 final mərhələsində italiyalı Liparulo Anna de Donato ilə qarşılaşıb.

44 kq çəki dərəcəsində mübarizə aparan boksçu ikinci raundda tam üstünlüklə qələbə qazanıb. O, yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR