“Fənərbaxça”dan Ronaldo transferi barədə AÇIQLAMA: Gəlməsini istəyirik...

“Fənərbaxça”nın baş məşqçisi Jorje Jesus Kriştiano Ronaldonun transferi barədə açıqlama verib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, Ronaldo ilə yaxın dost olsa da, onun hansı kluba transfer olacağı ilə bağlı məlumatı yoxdur. Jurnalistin “Dost olduğunuz üçün Ronaldonun “Fənərbaxça”ya transfer ola biləcəyi barədə iddialar var” sualına baş məşqçi belə cavab verib:

“Bəli Ronaldo ilə dostuq. Amma onun kariyerası ilə bağlı başqa məqsədləri var. Avropanın 5 böyük liqasından başqa liqada futbol oynayacağını düşünmürəm. Amma dəqiq deyə bilərəm ki, Ronaldo “Fənərbaxça”ya gəlməyəcək. Bu mənim istəmədiyimə görə, Ronaldonun istəmədiyinə görədir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR