“İsveç Türkiyə ilə imzalanan sənədin şərtlərini yerinə yetirəcək”.
Metbuat.az xəbər verir ki, İsveçin baş naziri Maqdalena Anderson belə açıqlama verib. O bildirib ki, Türkiyənin ekstradisiyasını tələb etdiyi terrorçuların qaytarılması prosesi İsveçin və beynəlxaql hüququn qaydalarına görə olacaq.
Qeyd edək ki, Türkiyə ilə İsveç və Finlandiya arasında sənəd imzalanıb. Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv olmasına icazə verilməsi qarşılığında şərtlər irəli sürüb.