Zaur Mirzəyev intim videolarını necə çəkib? -

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) bir neçə əməkdaşının intim xarakterli video və fotolarının yayılmasında şübhəli bilinən FHN-in Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyev tutulub.

Bu barədə Metbuat.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, şübhəli bilinən Zaur Mirzəyev xidməti kompüterinə yerləşdirdiyi xüsusi proqram vasitəsilə video və foto çəkiliş edib:

"Müəyyən olunub ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə video və foto çəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırıb, xidməti və sair asılılıqlarından yararlanmaqla cinsi ehtirasını təmin etmək kimi çirkin şəxsi niyyətlə qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında cinsi əlaqə və digər formalarda intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub".

Bizi teleqramdan izləyin: https://t.me/metbuat


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR