PSJ-nin ulduz futbolçusu İstanbula gəldi: "Qalatasaray"dan ŞOK TRANSFER...

Fransanın PSJ klubunun hücumçusu Mauro İkardi "Qalatasaray"a transfer olmağa çox yaxındır.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, tərəflər arasında danışıqlar uğurla davam edir. Argentina millisinin futbolçusu müqavilənin detallarını müzakirə etmək üçün şəxsən İstanbula gəlib. 29 yaşlı hücumçunun hazırda həyat yoldaşı və meneceri Vanda Nara da İstanbuldadır. Məlumata görə, Türkiyə təmsilçisi İkardiya maliyyə cəhətdən cəlbedici müqavilə təklif edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR