PSJ qarışdı: Messinin qovulması tələb olunur

Fransa PSJ-sinin futbolçusu Kilian Mbappe klubun prezidenti Nasser Əl-Xələfidən argentinalı futbolçuların göndərilməsini xahiş edib.

Metbuat.az "UOL Esporte" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu Lionel Messi, Mauro İkardi və Leandro Paradesin Paris təmsilçisində qalmasını istəmir.

Fransalı forvard hesab edir ki, Cənubi Amerika təmsilçiləri komandada qruplaşma yaradıblar və ümumi ab-havanı pozurlar. Braziliyalı Neymar, kosta-rikalı Keylor Navas və ispaniyalı Ander Erreranın da argentinalı oyunçulara qoşulması Mbappeni narahat edir.

Qeyd edək ki, daha əvvəl Kilian Mbappe ilə Neymar arasında münaqişə olması barədə məlumat yayılmışdı. Daha sonra yerli media futbolçuların barışdığını iddia edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR