Türkiyədə baş verən ağır yol qəzasında ölənlərin sayı artıb.
Metbuat.az xəbər verir ki, bu barədə səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Bildirilib ki, qəzada ölənlərin sayı 19-a çatıb.
Hadisə nəticəsində yaralananların sayı 26 nəfərdir. Onlardan 6 nəfərinin vəziyyəti ağır qiymətləndirilir.