"Qalatasaray" "Barselona"nın ulduz futbolçusunu transfer edir:

“Qalatasaray” “Barselona” klubunun hücumçusu Martin Bretueyti transfer etmək üçün danışıqlara başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Takvim” qəzeti məlumata yayıb. Bildirilir ki, Martin Bretueytin transfer dəyəri 6 milyondur. Məlumata görə, “Barselona”nın baş məşqçisi Xavi Hernandez Martin Bretueyti əsas heyətdə düşünmür. Oyunçu özü də klubdan ayrılmaq istəyir. İddia edilir ki, hücumçunun tələb etdiyi müqavilə şərtləri “Qalatasaray”ı qane edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR