Çempionlar Liqasının pley-off mərhələsində "Trabzonspor" və "Kopenhagen" komandaları arasında keçirilən görüş zamanı tribunada görünüşü ilə diqqət çəkən xanım azərkeşin kimliyi məlum olub.

Metbuat.az xəbər verir ki, sən demə, Türkiyənin idman səhifələrinin manşetini zəbt edən qadın Desiro Cordero adlı məşhur modeldir. İspan modelin Türkiyəyə bağlayan məsələ isə onun ilk moda çəkilişinə İstanbulda başlamasıdır. 26 yaşlı model bu çəkilişdən sonra uğurlar qazanmağa başlayıb və o Türkiyə ilə ələqsini kəsməyib. Modelin adı bir müddət Kriştiano Ronaldo ilə də hallanıb.

Qeyd edək ki, "Trabzonspor" pley-offda 2 oyunun nəticəsinə görə "Kopenhagen"a məğlub olub. (1:2, 0:0).