“Mançestr Yunated”in hücumçusu Kriştian Ronaldu İtaliyanın ”Napoli” komandasına keçməyə razılıq verib.

Metbuat.az “La Gazzetta dello Sport” nəşrinə istinadən xəbər verir ki, keçid yaxın vaxtlarda reallaşacaq.

“Neapoli”nin icarəyə götürəcəyi portuqaliyalının maaşını tam olaraq “Mançestr Yunated” ödəyəcək. Bununla bərabər, paralel olaraq “Napoli”nin hücumçusu Viktor Osimxenin 100 milyon avro müqabilində “Mançestr Yunated”ə keçməsi planlaşdırılır.