Sərnişinin ürəyi tutdu,

“Malaysia Airlines” aviaşirkətinə məxsus London-Kuala-Lumpur reysini həyata keçirən hava gəmisinin kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi (ürək tutması) səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Metbuat.az xəbər verir ki, bu barədə aeroportun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, təyyarə yerli vaxtı ilə saat 06:25-də Bakı hava limanına eniş edib.

Sərnişinə tibbi yardım göstərilib və onun Bakıda tibb klinikalarından birinə yerləşdirilməsinə qərar verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR