Gecənin nəticələri: "Mançester Siti" rəqibini darmadağın etdi -

UEFA Çempionlar Liqasının qrup mərhələsində I turun daha 6 oyunu keçirilib.

Metbuat.az xəbər verir ki, gecənin maraqla gözlənilən matçı Fransada PSJ və İtaliya "Yuventus"u arasında baş tutub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

F qrupunda isə "Leyptsiq" Almaniyada Ukraynanın "Şaxtyor" (Donetsk) komandasına 1:4 hesabı ilə uduzub.

Eyni qrupda İspaniya "Real Madrid"i Şotlandiyada "Seltik"ə böyük hesabla qalib gəlib -3:0.

G qrupunda isə İngiltərənin "Mançester Siti" klubu İspaniyada "Sevilya"nı darmadağın edib - 4:0

Həmçinin E qrupunda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su Xorvatiyada İngiltərə nəhəngi "Çelsi"ni sınağa çəkib. Meydan sahibləri rəqibini minimal hesabla məğlub etməklə turun ilk sensasiyasına imza atıb. Yeganə qolu 13-cü dəqiqədə Mislav Orşiç vurub. Emreli bu matçda ehtiyatda qalıb.

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

E qrupu
20:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Çelsi" (İngiltərə) - 1:0

23:00. "Zaltsburq" (Avstriya) - "Milan" (İtaliya) - 1:1

F qrupu

23:00. "Leyptsiq" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 1:4

23:00. "Seltik" (Şotlandiya) - "Real Madrid" (İspaniya) - 0:3

G qrupu
20:45. "Borussiya" (Dortmund, Almaniya) - "Kopenhagen" (Danimarka) - 3:0

23:00. "Sevilya" (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 0:4

H qrupu

23:00. PSJ (Fransa) - "Yuventus" (İtaliya) - 2:1

23:00. "Benfika" (Portuqaliya) - "Makkabi" (Hayfa, İsrail) - 2:0



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR