"Qarabağ" qrup mərhələsində ilk oyununu keçirəcək

"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq.

Metbuat.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Almaniyada "Frayburq"un qonağı olacaq.

"Europa-Park" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Görüşü belçikalı Erik Lambrextsin başçılıq erdiyi hakimlər briqadası idarə edəcək. "Köhlən atlar"ın heyətində zədəli Kevin Medina görüşü buraxacaq.

UEFA Avropa Liqası

G qrupu
23:00. "Qarabağ" (Azərbaycan) - "Frayburq" (Almaniya)
Baş hakim: Erik Lambrexts (Belçika)
Frayburq. "Europa-Park" stadionu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR