Ötən ay "Sputnik V" vaksini üçün onlayn növbə götürən olmayıb

COVID-19 əleyhinə vaksinasiya üçün götürülən onlayn növbələrin sayı açıqlanıb.

Metbuat.az xəbər verir ki, buna dair məlumatlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2022-ci ilin avqust ayı üzrə elektron xidmətlərdən istifadəyə dair yaydığı məlumatda əks olunub.

Məlumata əsasən, ötən ay onlayn qaydada əldə edilən COVID-19 PZR analizi nəticələrinin sayı 25 098 olub. COVID-19 əleyhinə vaksinasiya üçün 8 673 onlayn növbə götürülüb. Onlardan 7 410-u "Coronavac", 1263-ü "Biontec/Pfizer" üçün olub. "Sputnik V" vaksini vurdurmaq üçün onlayn növbə götürən olmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR