Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri zamanı səsləndirdiyi fikirlər yerli mediada müzakirələrə səbəb olub.
Metbuat.az "Hraparak" nəşrinə istinadən xəbər verir ki, Paşinyanın Putinə təriflər yağıdrıması yersiz qarşılanıb. Bundan başqa, Paşinyanın rusca çıxışı da tənqidlər arasında yer alıb.
Nəşr yazır: "Ermənistanın baş nazirinin rus dilini bilməsi vacib idi. Bəzi insanlar onun ləhcəsindən və nitqinin yöndəmsizliyindən əsəbiləşdi. Digərləri çıxışdakı bəzi ifadələri vurğuladılar. Ən böyük səs-küyə səbəb olan məqam isə onun Vladimir Putinə minnətdarlıq etməsi və komplimentlər səsləndirməsi oldu".
Həmçinin oxuya bilərsiniz: Paşinyan bu dəfə ruscası ilə gündəm oldu - VİDEO
"Hraparak" qeyd edir ki, Paşinyan Vladimir Putinin erməni tərəfinin müraciətlərinə operativ cavab verməsinə, 2020-ci il noyabrın 9-da "Vladimir Putinin şəxsi səyləri sayəsində" hərbi əməliyyatların dayandırılması səylərinə heyran qaldığını deyib. Bu da mənasızdır:
"Paşinyan hakimiyyətinin ideologiyası məhz bu boş danışıqlar və hiylə üzərində qurulub. Reallıqla heç bir əlaqəsi olmayan manipulyasiya və əsassız gözləntilərdir", - nəşr qeyd edib.