"Kurtlar Vadisi"nin tanınmış aktyoruna ağır itki:

Türkiyənin məşhur teatr və kino aktyoru Ali Sürmelinin anası intihar edib.

Metbuat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 82 yaşlı Akçe Sürmeli özünü yaşadığı evin həyətində ağacdan asıb.

Mətbuatın məlumatına görə, qadın evində baxıcısı ilə yaşayıb. Onun intihar etdiyini görən baxıcısı təcili yardıma zəng edib. Qısa müddətdə evə gələn briqada Sürmelinin dünyasını dəyişdiyini müəyyənləşib.

Qeyd edək ki, Ali Sürmeli daha çox "Kurtlar Vadisi Pusu" serialında Zaza dayı, "Eşkiya Dünyaya Hükümdar Olmaz"da isə Doğan baba obrazı ilə məşhurlaşıb.

Oyuncu Ali Sürmeli'nin annesi yaşamına son verdi



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR