Gürcüstanlı hücumçu İtaliya A Seriyasında ayın

İtaliya A Seriyasında ötən ayın ən yaxşı futbolçusu bəlli olub.

Metbuat.az xəbər verir ki, bu ada "Napoli"də çıxış edən Xviça Kvaratsxeliya layiq görülüb.

21 yaşlı hücumçu səsvermədə "Roma"dan Paulo Dibalanı, "Atalanta"dan Ten Kopmeynersi, "İnter"dən Lautaro Martinesi və "Yuventus"dan Duşan Vlahoviçi qabaqlayıb.

Gürcüstanlı forvard avqustda A Seriyasında 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Kvaratsxeliya cari mövsüm çempionatda 4 qola imza atıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR