Səudiyyə Ərəbistanı Futbol Federasiyasının rəhbəri Yasser Al-Misehal Kriştiano Ronaldonun krallığa mümkün transferi barədə danışıb.
Metbuat.az xəbər verir ki, o Ronaldonun krallıqda futbol oynamasından məmnun olacağını ifadə edib. Federasiya rəhbərinin sözlərinə görə, Ronaldonun Səudiyyə Ərəbistanında futbol oynaması mümkündür. O, transferin bahalı olması barədə iddialara münasibət bildirərkən qeyd edib ki, krallıq klublarının gəlirləri artacağına görə belə böyük məbləğ klubun büdcəsinə çox ciddi təsir etməyəcək.
Qeyd edək ki, “Al-Hilal” və “Al-Nassr” klublarının Ronaldoya təklif göndərdiyi barədə xəbərlər yayılıb. İddialara görə, Ronaldonun özünə təklif edilən məbləğ 243 milyon dollardır. Bildirilir ki, Ronaldo əvvəlcə təklifi rədd etsə də, sonra yenidən dəyərləndirməyə başlayıb.