Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir, 1996-cı il təvəllüdlü Elşən Sahib oğlu Babazadə şəhid olub.
Metbuat.az xəbər verir ki, şəhidimiz doğulduğu Qəbələ rayonun Mıxlıqovaq kəndinə gətirilərək kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidin atası Sahib Babayev bildirib ki, Elşəngilin anası da 11 ildir vəfat edib. O, övladlarını -1 oğul, 2 qızını tək böyüdüb. Elşən nişanlı imiş, oktyabrda toyu olacaqmış:
"Anaları 11 ildir ki, vəfat edib. Mən onlara həm ana, ata olmuşam. Adətən görmüşük ki, ata övladın çiynində gedir, amma mən onu çiynində gətirdim".
Qeyd edək ki, Elşən Sahib oğlu Babazadə Vətən müharibəsində qəhrəmancasına vuruşub.