“PSJ”-nin hücumçusu Lionel Messi Çempionlar Liqasının 2-ci turu çərçivəsində “Makkabi”nin qapısına qol vurmaqla rekorda imza atıb.
Metbuat.az xəbər verir ki, Messi İsrail klubu ilə görüşün 37-ci dəqiqəsində hesabı bərabərləşdirib. Bununla da, o, Çempionlar Liqasında 39 komandaya qol vuran ilk futbolçu olub. Buna qədər həm Lionel Messi, həm də portuqaliyalı hücumçu Kriştiano Ronaldo 38 komandaya qol vurmuşdu.
Qeyd edək ki, İsraildə keçirilən görüş PSJ-nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.