Şimali Koreyadan olan xakerlər 1 milyard dollar dəyərində kriptovalyuta ələ keçiriblər.

Metbuat.az xəbər verir ki, bu barədə “TradingPlatform” nəşri məlumat yayıb. 2022-ci il hesabatına görə, xakerlər “DeFİ” protokollarındakı boşluqlardan istifadə edərək, kriptovalyutaları ələ keçiriblər. Araşdırma nəticəsində məlum olub ki, kriptovalyutaların ələ keçirilməsində “Lazarus Group” adı ilə tanınan təcrübəli xakerlər də iştirak edib.

Qeyd edək ki, “DeFİ” protokolları ənənəvi maliyyə sektorunda problemlərin həlli üçün yaradılan ixtisaslaşdırılmış xüsusi kompüter proqramlarından ibarət mərkəzi olmayan protokollardır.