PSJ klubunun idman direktoru müdafiəçi Serxio Ramosla müqavilənin yeniləyənəcəyini bildirib.
Metbuat.az xəbər verir ki, direktor Luiş Kampos bunları deyib:
"Serxio Ramosun oyunundan razıyam, əgər o, eyni tempdə oynamağa davam edərsə, niyə də olmasın? O, Lionel Messi kimi yaxşı mövsüm keçirir".
Xatırladaq ki, 36 yaşlı Ramos ötən il "Real"ı PSJ-yə dəyişib.