Xəbər verdiyimiz kimi, İranda 22 yaşlı Məhsa Əmininin ölümü səbəbilə ölkədə kütləvi etirazlar davam edir.
Metbuat.az xəbər verir ki, etiraz aksiyaları ölkənin Tehran, Təbriz, İsfahan, Şiraz, Kirman və başqa böyük şəhərlərini də əhatə edib.
Aksiyalar zamanı ölənlər və yaralananlar var. Bəzi yerlərdə aksiyaçılara qarşı silah da tətbiq edilib. Polis aksiyaçılara qarşı zor tətbiq etsə də, aksiyanı dağıtmaq mümkün olmur. Etirazçılar hətta bəzi yerlərdə İranın ali-dini lideri Seyid Əli Xameneyinin şəkillərini yandırıblar.
Hətta etiraz edən bəzi qadınlar hicablarını çıxararaq yandırıblar.
Etirazlar səbəbindən 3 nəfərin öldüyü bildirilir.

Qeyd edək ki, sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi İranda ictimai-siyasi vəziyyəti gərginləşdirib.