Nazirlik əməkdaşları şəhid Cəmil Qurbanzadənin ailəsini ziyarət edib -

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alan zaman şəhid olan Cəmil Qurbanzadənin Astara rayonunda yaşayan ailəsi ilə görüş olub.

Metbuat.az-a Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, ailənin diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı bütün sosial dəstək tədbirlərinin görülməsi təmin olunur.

Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Onun xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb.

Ailənin yaşayışının hər zaman diqqətdə saxlanılacağı, şəhid ailələri üçün nəzərdə tutulan digər dəstək tədbirləri ilə əhatə olunacaqları qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR