Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldo matç zamanı qorxulu anlar yaşayıb.

Metbuat.az xəbər verir ki, səfərdə Çexiyaya qarşı keçirdikləri UEFA Millətlər Liqasının V tur oyununda 37 yaşlı hücumçu rəqibin qapıçısı Tomaş Vatsliklə toqquşub. Nəticədə ulduz futbolçunun burnu əzilib. Həkimlərin ilk müdaxiləsi ilə qan dayandırılıb. Ronaldo da oyununa davam edib.

Qeyd edək ki, A Liqasının 2-ci qrupunda Çexiya isə Portuqaliyaya uduzub - 0:4.

Matçda qorxulu anlar -

Matçda qorxulu anlar -