İranda məlum etiraz aksiyalarında güneyli gənc Cavad Heydəri güllələnərək öldürülüb.

Metbuat.az-ın məlumatına görə, Cavad Heydəri kənd təsərrüfatı üzrə təhsil alıb və iqtisadi fəaliyyətlə məşğul olub.

Atası Əlipənah 36 yaşlı oğlunun ölümdən danışıb. O bildirib ki, oğlu arxadan hədəf alınıb. Təhlükəsizlik qüvvələri onun xəstəxanaya aparılmasına imkan verməyib. Nəticədə, Cavad ağır qanaxma ilə hadisə yerdə vəfat edib.

Heydərinin bacısı baş verənlərə qarşı etiraz səsini qardaşının məzarı üstündə qaldırıb. O, qardaşı dəfn olunduqdan sonra məzarı üstə saçlarını kəsərək Azərbaycan dilində "Qardaşım!" deyə fəryad edib.