Rusiyada hərbi komissarlığa silahlı hücum:

İrkutsk vilayətinin Ust-İlimsk şəhərində gənc oğlan hərbi komissarlığa atəş açmağa başlayıb, nəticədə hərbi hərbi komissar Aleksandr Vladimiroviç Yeliseyev ağır yaralanıb.

Metbuat.az TASS agentliyinə istinadən xəbər verir ki, vilayət qubernatoru İqor Kobzevin bildirdiyinə görə, komissar reanimasiyadadır.

"Bu gün rayonumuzda bədbəxt hadisə baş verib. Ust-İlimskdə bir gənc hərbi komissarlıqda atışma təşkil edib. Hərbi komissar Aleksandr Vladimiroviç Yeliseyev son dərəcə ağır vəziyyətdə reanimasiyadadır. Həkimlər onun həyatı üçün mübarizə aparır. Atəş açan şəxs dərhal saxlanılıb və o, mütləq cəzasını alacaq”, - deyə məlumatda bildirilir.

İrkutsk vilayətinin İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına görə, saxlanılan 25 yaşlı Ust-İlimsk sakini barəsində cinayət işi başlanıb.

"Hazırda hadisə yerində müstəntiqlər işləyir. Şübhəli şəxs dindirilir, cinayətin motivləri müəyyən edilir", - deyə regional İstintaq Komitəsinin mətbuat xidməti əlavə edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR