Gürcüstana qaçan ruslara bu bəyanatı imzaladırlar -

Səfərbərlikdən yayınaraq Rusiyadan Gürcüstana gələn olan qaçqınlara bəyanat imzaladırlar.

Metbuat.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Şəbəkə istifadəçiləri imzalanacaq bəyanatın fotosunu da paylaşıblar.

Bəyanatı imzalayan şəxs Rusiya vətəndaşlığını, ölkəsinin işğalçı olduğunu təsdiq etməli, Abxaziya və Osetiyanı Gürcüstan ərazisi kimi tanımalı, Rusiyanın gürcülərə qarşı etnik təmzləmə apardığını bəyan etməli, Rusiyanın digər suveren ölkələrə qarşı hərbi hücumlarını pisləməli və Gürcüstanın ərazi bütövlüyünü, suverenliyini tanıdığını bildirməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR