Türkiyədə polis şöbəsində terror aktı:

Türkiyənin Mersin əyalətində polis şöbəsinə silahlı hücum olub.

Metbuat.az NTV-yə istinadən xəbər verir ki, hücum nəticəsində 1 polis şəhid olub, 1 polis və 1 vətəndaş yaralanıb.

Daxili işlər naziri Süleyman Soylu baş verən hadisə ilə bağlı açıqlamasında bildirib ki, bu, terror hadisəsidir. İki qadın avtomobildən düşərək polislərə atəş açıb. Həmin an cavab tədbirləri görülüb. Polislərin hücumundan qurtulmaq üçün 2 qadın terrorçu özünü partladıb: "İki qadın terrorçu polislərə atəş açarkən qurtulmayacaqlarını bilib özlərini partladıblar".

DİN rəhbəri terrorçulara dəstək verənlərin kimliyinin müəyyənləşdiriləcəyini əlavə edib.

Hadisə ilə bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR