27 sentyabr-Anım günündə Şuşada - Yuxarı Gövhərağa məscidində şəhidlərimiz üçün namaz qılınıb.
Metbuat.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli öz feysbuk hesabında məlumat yayıb.
"Şəhidlərimizin müqəddəs ruhlarını Quran, namaz və dualarla yad etdik", - deyə paylaşımında qeyd edilib.