Rafael İsgəndərov şəhid Müşviqlə bağlı xatirələrini paylaşdı -

Əməkdar artist Rafael İsgəndərov Vətən müharibəsində iki oğlu ilə birlikdə döyüşlərə gedərək şəhid olan Müşfiq Abbasovun səsyazısını paylaşıb.

Metbuat.az xəbər verir ki, Əməkdar artist instaqram hesabındakı paylaşımında bunları qeyd edib:

"Bu gün 27 Sentyabr Anım günüdür. Bu gördüyünüz şəkillər, videoda olan səsyazma mənim şəhid olmuş dostum Müşviq Abbasova aiddir. Səsdən də məlumdur ki, onun ən böyük arzusu doğulduğu Abdal-Gülablı kəndinə qovuşmaq idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Qeyd edək ki, Ağdam rayonunun Abdal-Gülablı kəndindən məcburi köçkün düşən M.Abbasov oğulları Şamil və İntiqamla birgə sentyabrın 27-dən başlayan döyüşlərə qatılmışdı. O, 5 oktyabr 2020-ci ildə Ağdam rayonunun Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdu.

Allah rəhmət eləsin!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR