Süleyman Soylu istefa verib?

Türkiyənin daxili işlər naziri Süleyman Soylu istefa ərizəsini prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin "Milli Gazete" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, o, Nazirlər Kabinetinin sentyabrın 26-da keçirilən iclasında istefa verəcəyini bildirib.

Qeyd edək ki, o, 2016-cı ilin avqustunda o, daxili işlər naziri təyin edilib. Soylu 2021-ci ildə də istefa ərizəsi yazmışdı. Ancaq R.T.Ərdoğan onun istefa ərizəsini qəbul etməmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR