KTMT Baş katibinin Paşinyanla niyə görüşməməsinə aydınlıq gətirilib

KTMT təşkilatın Baş katibi Stanislav Zasın Ermənistan Baş naziri Nikol Paşinyanla niyə görüşmədiyinə aydınlıq gətirib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov bildirib ki, təşkilatın baş katibi Stanislav Zas Ermənistandakı missiyası zamanı baş nazir Nikol Paşinyanla görüşməyib, çünki o, həmin vaxt BMT Baş Assambleyasında olub.

"Baş katib Paşinyanla görüşməyib, çünki o, həmin vaxt BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka uçub", - deyə Zaynetdinov bildirib.

Qeyd edək ki, KTMT missiyası KTMT Kollektiv Təhlükəsizlik Şurasının sentyabrın 13-də keçirilən növbədənkənar iclasının qərarına əsasən Ermənistana səfər edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR