44 günlük Vətən müharibəsində iki hərbi qulluçusu olan - Zinyət Məmmədova və Aygün İsmayılova arxa cəbhədə şəfqət bacısı kimi çalışıb.

Metbuat.az İTV-yə istinad xəbər verir ki, hər iki tib bacısının da oğulları ön cəbhədə düşmənə qarşı mərdliklə vuruşub.

Zinyət Məmmədova o günlərdən danışarkən deyib ki, birdən ağır yaralı gəlib və təcili əməliyyatı tələb olunub. Yaralının oğlu olduğunu görəndə isə çox çətin anlar yaşayıb: "Mən öz oğlumun öz amputasiyasında iştirak etdim".

Aygün İsmayılova isə Füzuli, Hadrut, Şuşada əsgərlərə tibbi xidmət göstərib. Onun oğlu da döyüşlərdə yaralanıb, amma sağalarkən yenidən cəbhəyə qayıtmaq istəyib.

Daha ətraflı videoda: