Sumqayıt-Xırdalan-Bakı qatarında

Yeni tədris ilinin başlamasından sonra ictimai nəqliyyat vasitələrində sıxlıq və tıxac müşahdə edilir. Sumqayıt-Xırdalan-Bakı qatarında da vəziyyət eynidir: Vətəndaşlar yaranan sıxlığa görə qatardan istifadə etməyə çətinlik çəkirlər.

Metbuat.az xəbər verir ki, bu günlərdə işdən çıxarkən tıxac zamanı vətəndaşların qatara minmək istəyərkən yaşadığı çətinlik və acınacaqlı vəziyyətlə bağlı görüntülər yayılıb.

Görüntülərdə vətəndaşların çətinliklə qatara mindikləri, əksəriyyətinin isə kənarda qalması öz əksini tapıb. Hər gün qatardan istifadə edən sərnişinlər isə oxşar vəziyyətin hər gün baş verdiyini, lakin problemin həlli yolunda heç bir addım atılmadığını deyirlər.

Xatırladaq ki, dünən Sumqayıtdan saat 07:45-də yola düşən Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə reys ləğv edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR