Müharibənin son günündək vuruşan Asif Qocayevin döyüş yolu -

44 günlük vətən müharibəsində düşmənə qarşı qəhramanlıqla vuruşaraq şəhid olan igilərimizdən biri də könüllü olaraq cəbhəyə yollanan Asif Qocayevdir.

Metbuat.az xəbər verir ki, Asif "Azərbaycan Dəmir Yolları" QSC-də çalışıb. Vətən müharibəsi başladıqdan sonra isə Asif könüllü olaraq cəbhəyə yollanıb və son günədək vuruşub. Asif yaralı olduğu halda döyüş yoldaşlarını təxliyə edərək şəhid olub.

Asif noyabrın 7-i çəkdiyi videoda qızlarına mesaj göndərib: Böyük qızım Xədicə və kiçik qızım Məryəmə salam deyirəm", deyə o videoda övladlarını salamlayıb.

44 günlük döyüş yolu keçmiş, ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuş dəmiryolçu Asif Qocayev Şuşa ətrafında gedən döyüşlər zamanı digər yaralı yoldaşlarını təxliyə edərkən şəhid olub.

Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" QSC şəhid A.Qocayevin ailəsi ilə görüşüb və cəsur döyüşçünün zəfər yolu haqqında video paylaşıb. "Misilsiz qələbəmizin ildönümündə zəfəri öz qanlarıyla tarixə yazanları fəxr və qürur hissi ilə anırıq!", - paylaşımda deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR