"Ukraynadan 5 milyon tondan artıq taxıl ixrac olunub" - Hulusi Akar

“Bu günə qədər Ukrayna limanlarından 200-dən çox gəmilər və 5 milyon tondan çox taxıl başqa ölkələrə çatdırılıb”.

Metbuat.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar yüksəkrütbəli rəsmilərlə keçirdiyi toplantıda deyib.

Türkiyənin Ukrayna böhranında ilk gündən təsirli və konstruktiv siyasət yürütdüyünə diqqət çəkən Akar bu çərçivədə Türkiyə Rusiya ilə Ukrayna arasındakı münaqişədən qaynaqlanan enerji və ərzaq böhranı riski qarşısında prezidentin rəhbərliyi altında fəal diplomatiya həyata keçirdi deyib.

Akar, həmçinin İstanbulda imzalanan Taxıl Göndərmə Müqaviləsini BMT-nin son illərdə əldə etdiyi ən böyük nailiyyətlərdən biri kimi xarakterizə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR