Ermənistanın baş naziri Nikol Paşinyan bəzi ölkələr və mütəffiqlərin Ermənistana silah vermədiyini açıqlayıb.

Metbuat.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, onun sözlərinə görə, Rrmənistan yüz milyonlarla dollar dəyərində vəsait ödəyib, amma silahlar verilməyib:

"Bunlar ağrılı reallıqlardır və vəziyyəti dərindən təhlil etməliyik".

"Sputnik Armeniya" yazır ki, Nikol Paşinyan sentyabrın 13-də parlamentdə bəyan etmişdi ki, Ermənistan lazımi müdafiə silahlarını almaq üçün bütün maliyyə imkanlarına malikdir. Sonra o qeyd edib ki, bəzi ölkələr İrəvana silah satmağa hazır deyil.